Çexiya Ukraynaya kəşfiyyat məqsədilə istifadə olunan “Bivoy” hərbi pilotsuz təyyarələri verəcək.

Bu barədə Çexiyanın “ChTK” nəşri məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarələrin əsas vəzifəsi Ukrayna artilleriyasını məlumatlarla təmin etmək olacaq.

Eyni zamanda, PUA-nın özü yüksək dəqiqlikli videomüşahidə kamerası ilə təchiz olunub və çəkisi təxminən 25 kiloqramdır.

Ukrayna hərbçiləri artıq yeni texnikanın istifadəsi üzrə təlim keçiblər.

İstinadlar Report