Çexiya Ukrayna üçün 155 və 122 mm kalibrli 800 min artilleriya mərmisi tapıb. Maliyyələşmə olarsa, yaxın həftələrdə onlar Ukrayna ordusuna gedə bilərlər.

Bu barədə Çexiya Prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransında bildirib.

Avropa İttifaqına üzv 5 ölkənin liderləri ilə keçirilmiş panel müzakirəsində Pavel bildirib ki, Çexiya dünyada hərbi avadanlıq axtarışı üzrə uğur qazanıb, o cümlədən Ukrayna ordusu üçün minlərlə mərmi olan mənbə tapıb:

“Biz yarım milyon ədəd 155 mm kaliberli və 300 min ədəd 122 mm kaliberli sursat tapmışıq”.

İstinadlar Report