Xəstəxanaya yerləşdirilən Çex Respublikasının Prezidenti Miloş Zemanın sağlıq durumu açıqlanıb.

Onun dövlət başçısı kimi vəzifələrini icra edə bilməyəcəyi bildirilib.

Vurğulanıb ki, M.Zemanın sağlamlıq vəziyyətinə görə prezident səlahiyyətlərindən məhrum edilməsi və həmin səlahiyyətlərin ölkə parlamentinin spikerinə verilməsi istiqamətində prosedur başlayıb.

Çexiya Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq, M.Zemanın prezident səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı son qərar parlamentin yuxarı və aşağı palatalarının iclaslarında səs çoxluğu ilə qəbul oluna bilər.

İstinadlar Report