Çexiya hakimiyyəti Kaxovka SES-in dağıdılması fonunda Ukraynaya yardım göndərməyə hazırlaşır.

Bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

Onun sözlərinə görə, müvafiq dəstək ölkənin hərbi idarəsi vasitəsilə göndəriləcək: “Müdafiə Nazirliyi Ukraynanı bu fəlakətlə bağlı problemlərin həlli üçün vacib olan bəzi şeylərlə təmin edəcək”.

Bununla paralel olaraq Çexiya Xarici İşlər Nazirliyi Kiyevə yardım üçün təxminən 10 milyon kron (təxminən 452 min ABŞ dolları – Red) ayrılmasını təsdiqləyib.

İstinadlar Report