Çexiya hərbi hava qüvvələrinin tərkibində “JAS-39 Gripen” qırıcı təyyarələrini modernləşdirəcək.

Bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Qırıcılar İsveçlə icarə müqaviləsinə əlavə razılaşmanın bağlanması əsasında yenilənəcək. Agentliyin məlumatına görə, sənəd ilin birinci yarısında imzalanacaq. Onun dəyəri 1,028 milyard kron (təxminən 43,5 milyon dollar) təşkil edəcək.

Modernləşdirmə təyyarənin rabitə və identifikasiya sistemlərinə təsir göstərəcək. Onlara quraşdırılan silahların imkanları genişləndiriləcək. Qırıcılar 24 saat uçuş zamanı yanacaq doldurula biləcək.

Çexiya Hərbi Hava Qüvvələrində 14 “Gripen” var. Qırıcılar 2005-ci ildə İsveçdən icarəyə götürülüb. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır. İllik icarə haqqı təxminən 1,7 milyard kron (təxminən 75 milyon dollar) təşkil edir.

İstinadlar Report