
Çexiya Almaniyanın “dairəvi mübadilə” çərçivəsində rəsmi Praqaya təhvil verəcəyini vəd etdiyi “Leopard 2” döyüş tanklarından Ukraynanın xeyrinə imtina etmək niyyətində deyil.
Bu barədə Çexiyanın Baş naziri Petr Fiala Almaniya Kansleri Olaf Şolts ilə görüşdən sonra DPA agentliyinə müsahibəsində bildirib.
“Hazırda “Leopard”ları Kiyevə göndərmək mümkün deyil, çünki bu tanklar bizim öz təhlükəsizliyimiz üçün lazımdır”, – P.Fiala deyib.