Çexiya dövlət ehtiyatı üçün 360,2 milyon dollara təbii qaz alıb.

Bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Dövlət ehtiyatı üçün qaz yeraltı anbarlara daxil olub. Satınalma Ukraynadakı vəziyyət və qazın Rusiyadan tədarükünün məhdudlaşdırılması təhlükəsi ilə əlaqədar həyata keçirilib.

Çexiyanın yeraltı anbarlarının qazla doldurulması prosesi davam edir. Hazırda onlar ümumi həcmin təxminən üçdə ikisi ilə doldurulur. Hökumət əməliyyat şirkətləri qarşısında istilik mövsümünə qədər ümumi həcmin azı 80%-ni doldurmaq vəzifəsi qoyub.

İstinadlar Report