Çexiyanın baş naziri Andrey Babiş Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Lyayendən ölkəyə iyun ayında mövcud razılaşmalarda nəzərdə tutulandan daha çox koronavirus əleyhinə peyvənd verilməsini xahiş edəcək.

Siyasətçi bunu Porto şəhərində Avropa Şurasının qeyri-rəsmi sammitinin ilk günü bitdikdən sonra söyləyib.

“Sədrdən iyun ayında daha çox peyvənd verilməsini xahiş edəcəyəm. Bu, indi bizim üçün çox vacibdir”, deyə baş nazir bildirib.

İstinadlar Report