Çex Respublikasının şimal-şərqində yerləşən ikinci böyük şəhəri Ostravanın şəhər xəstəxanasında bu gün səhər tezdən naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri (bəzi məlumatlara görə altı nəfəri) qətlə yetirib, daha 2 nəfər ciddi yaralanıb.

Bu barədə polisin regional sözçüsü Pavla Yurouskova İctimai TV “Ceska Televize”yə (İctimai TV) bildirib.

O, hadisə yerinə polisin cəlb olunduğunu, 180 sm boylu, qırmızı gödəkcəli şübhəlini axtardıqlarını deyib.

Daxili işlər naziri Yan Hamaçek məsələni çevik polisin araşdırdığını, hələlik təfərrüatlar barədə danışmağın tez olduğunu açıqlayıb.

Hadisədən sonra yaxınlıqda yerləşən universitet bağlanıb.

İstinadlar Report