1986-cı il nüvə qəzası zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov vəfat edib.

Bu barədə Çernobıl AES-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 1985-ci ildə stansiyanın ilk direktoru Viktor Bryuxanov bu gün 84 yaşında dünyasını dəyişib.

Bryuxanov 1970-ci ildə Çernobıl Atom Elektrik Stansiyasına işə başlayıb. Əvvəlcə tikintiyə, bundan sonra isə 1986-cı ilin aprelinə qədər stansiyaya rəhbərlik edib. Çernobıl Atom Elektrik Stansiyasında baş verən nüvə qəzasından sonra oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasındakı qəza 26 aprel 1986-cı ildə baş verib. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb olub.

İstinadlar Report