Rusiya qoşunları Ukraynanın Çerniqov şəhəri yaxınlığında könüllülərin olduğu avtobus kolonunu atəşə tutub.

Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova feysbukda bildirib.

“Beş avtobus insanları təxliyə etmək üçün mühasirəyə alınmış şəhərə daxil olmaq istəyərkən düşmənin hədəfinə çevrilib. Avtobusda yalnız mülki könüllülər olub”, – o yazıb.

Atəş açılması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.

İstinadlar Report