Cənubi Sendviç adaları ərazisində 6,0 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə 17:48) Cənubi Georgiya və Cənubi Sendviç adaları akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların ocağı 78 km dərinlikdə yerləşib.
Təbii hadisədən sonra dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.