Cənubi Koreyanın devrilmiş prezidenti Pak Kın Henin keçmiş köməkçisi Çjon Ho Son prezident Yun Sok Yolun administrasiyasında yeni katib təyin edilib.

“Çjonun yaxın gələcəkdə Prezidentin Mülki və sosial məsələlər üzrə baş katibinin ofisində katib vəzifəsində işə başlayacağı gözlənilir”, – “Yonhap” agentliyinə prezident ofisinin rəsmisi deyib.

Mənbələr Çjonun prezidentin mülki məsələlər üzrə katibi vəzifəsini icra edəcəyini bildiriblər.

Qeyd edək ki, Çjon sabiq prezident Pak Kın Henin sağ əli kimi tanınırdı və dövlət başçısı ilə bağlı istənilən məsələ və görüşlər onun vasitəsilə həll edilirdi.

İstinadlar Report