
Cənubi Koreya Baş naziri Han Dok Sunun impiçmenti üzrə məhkəmə qərarı artıq martda çıxarıla bilər.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Koreya Respublikasının Konstitusiya Məhkəməsi Baş nazir Han Dok Sunun impiçmenti ilə bağlı işdə tərəflərin mübahisələrini ilk məhkəmə iclasının başlamasından bir saat yarım sonra başa çatdırmağı qərara alıb. Qərarın elan edilməsi tarixi bu gün müəyyən edilməyib. Lakin hakimlərin müşavirəsi, yekun qərarın qəbulu, qərar mətninin tərtib edilməsi və elan edilməsindən ibarət adi prosedur keçilərsə, bunun mart ayı ərzində baş verəcəyi gözlənilir”, – agentlik yazıb.