
Bu gün Cənubi Koreyanın cənub-şərqindəki Pusan liman şəhərində tikintisi davam edən hoteldə baş verən yanğın nəticəsində 6 fəhlə ölüb, 25 nəfər yaralanıb.
Yanğın səhər saat 10:50 radələrində tikilməkdə olan “Banyan Tree” hotelində başlayıb. Yanğınsöndürənlər 14 nəfəri təxliyə ediblər.