
Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı dinləmənin keçirildiyi Qərb Dairə Məhkəməsi qarşısında aksiya keçirilib.
Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, aksiyada 40 nəfər saxlanılıb.
Onların Prezidentin tərəfdarları olduğu güman edilir.
Prezidentin tərəfdarları onun həbsdən azad edilməsi tələbi ilə məhkəmənin qarşısında etiraz aksiyası keçirirlər.Mitinqdə 44 minə qədər insan iştirak edib.