Cənubi Koreyada saxlanılan Prezident Yun Sok Yola dəstək üçün keçirilən mitinq zamanı zorakılıqda iştirakda ittiham olunan daha 56 nəfər saxlanılıb.

Etiraz aksiyaları Qərb Dairə Məhkəməsinin binası yaxınlığında keçirilib.

Ötən gün polis iğtişaşlarda şübhəli bilinən 58 nəfərin həbsi üçün order istəyib və məhkəmə onlardan 56-sını təsdiqləyib.

Onlar məhkəmə binasına soxulmaqda və vandalizmdə ittiham olunurlar.

İstinadlar Report