
Koreya Respublikasının prezidenti Yun Sok Yolun həbs müddətinin uzadılmasının zəruriliyi ilə bağlı dinləmələrin keçirildiyi Qərb Dairə Məhkəməsinin ərazisinə icazəsiz daxil olmağa cəhd edən ən azı 17 nəfər saxlanılıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, onların prezidentin tərəfdarları olduğu ehtimal edilir.