Cənubi Koreyanın Sosan şəhərində (Çhunçhon-Namdo əyaləti) “Lotte Chemical” şirkətinə məxsus kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində azı 26 nəfər yaralanıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın yerli vaxtla saat 03:00-də (çərşənbə axşamı Bakı vaxtı ilə 22: 00-da) neftin distillə olunduğu ərazidə başlayıb.

Yanğının qarşısı iki saat sonra 38 yanğınsöndürmə briqadası tərəfindən alınıb. Hazırda zavodun əksər hissəsi bağlanıb, hadisə yerində müstəntiqlər işləyir.

İstinadlar Report