Koreya Respublikasının parlamenti bu gün keçirilən iclasda ölkədəki hərbi vəziyyətlə bağlı xüsusi araşdırmanın aparılması haqqında qanun layihəsini qəbul edib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qanun layihəsi plenar iclasda təsdiqlənib. 287 deputatdan 210-u sənədin lehinə səs verib.