
Cənubi Koreyanın hakim “Vətəndaş gücü” partiyasının parlament fraksiyasının lideri Kvon Son Don prezident və parlament hakimiyyətinin mərkəzsizləşdirilməsi üçün ölkə konstitusiyasına düzəlişlər olunmasını təklif edib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Əminəm ki, yaşadığımız siyasi böhranın fundamental həlli konstitusiya islahatıdır. Prezidentin səlahiyyətlərinin yenidən bölüşdürülməsinə və parlamentin öz səlahiyyətlərindən sui-istifadə etməsinin məhdudlaşdırılmasına imkan verəcək struktur haqqında düşünməyin vaxtı gəlib çatıb”, – o bildirib.
Fraksiya liderinin sözlərinə görə, ölkədə hərbi vəziyyətin elan edilməsi qəbuledilməz tədbir olsa da, siyasi böhran müxalif “Demokratik partiya”nın parlamentdəki mütləqiyyəti səbəbindən yaranıb.