Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür.
Bu barədə Cənubi Koreyanın Prezident Ofisindən bildirilib.
Məlumata görə, Pxenyan detonasiya avadanlığının sınağını keçirib:
“Bu, 7-ci nüvə silahı sınağına hazırlıqdır”, – Cənubi Koreyanın Prezident Ofisindən vurğulanıb.
Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik Ofisi rəhbərinin birinci müavini Kim Txe Xyonun sözlərinə görə, Şimali Koreya nüvə silahının sınağını yaxın bir-iki ayda keçirməyəcək: “Heç şübəhsiz bu sonra baş verəcək”.