
Koreya Respublikasının Prezidenti Yun Sok Yolun vəkilləri Konstitusiya Məhkəməsinə onun həbs orderinin dayandırılması üçün məhkəmə qərarı verilməsi xahişi ilə müraciət edəcəklər.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Daha əvvəl Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat vermişdi ki, dekabrın 31-də məhkəmə prezidentin qiyam təşkil etməkdə və səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs orderini verib. Koreya Respublikası tarixində ilk dəfədir ki, fəaliyyətdə olan prezidentin həbsi üçün order verilib.
Prezidenti Yun Sok Yolun dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılıb.