Koreya Respublikasının (Cənubi Koreya) Prezidenti Yun Sok Yol Çin Xalq Respublikasının (ÇXR) Koreya Xalq Demokratik Respublikasına (KXDR, Şimali Koreya) Pxenyanın öz nüvə-raket proqramından əl çəkməsi üçün təsir göstərməli olduğunu bildirib.

Bu barədə Cənubi Koreyanın lideri “Reuters”ə müsahibəsində deyib.

Prezident müsahibəsində deyib ki, “Çinin Şimali Koreyaya təsir etmək imkanı və prosesdə iştirak etmək məsuliyyəti var”.

İstinadlar Report