
Koreya Respublikasının parlamenti ölkənin birinci xanımı Kim Qon Hi barəsində araşdırma başlanılması ilə bağlı qanun layihəsini rədd edib.
Bu, YTN telekanalının dərc etdiyi deputatların səsvermə nəticələrindən məlum olub.
Məlumata görə, müxalifət Kim Qon Hini deputatlığa namizədlərin irəli sürülməsi prosesinə müdaxilədə və s. şübhəli bilir.