Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının yeni raket buraxılışından narahatdır.

Bu barədə Cənubi Koreya Prezidenti Administrasiyasının xəbərində bildirilir.

Rəsmi Seul Pxenyanı regionda gərginliyin güclənməsinə gətirib çıxara biləcək hərəkətlər etməməyə çağırıb.

“Çon Iy Yonun sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iştirakçıları raketlərin yeni buraxılışından ciddi narahatlığını ifadə edir və Şimali Koreyanı gərginliyin eskalasiyasına aparan hərəkətlərdən çəkinməyə çağırır”, – deyə Cənubi Koreya Prezidenti Administrasiyasının xəbərində bildirilir.

İdarənin məlumatına əsasən, Cənubi Koreya ABŞ-la birlikdə Koreya Xalq Demokratik Respublikasının raketləri haqqında məlumatları yığmaqda davam edəcək. Seul həmçinin Şimali Koreyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqları da davam etdirməyə çağırıb.

Daha əvvəl Yaponiya hökuməti Şimali Koreyanın ballistik raketləri növbəti dəfə buraxması haqqında bildirib.

İstinadlar Report