Cənubi Koreyanın “LIG Nex1” şirkəti İraqın Müdafiə Nazirliyi ilə “Cheongung – II” zenit-raket komplekslərinin tədarükü üçün 2,78 milyard dollarlıq müqavilə bağlayıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Sazişin konkret maliyyə şərtləri təhlükəsizlik baxımından açıqlanmayıb.

Bu müqavilə həmin komplekslərin xaricə ixracının üçüncü nümunəsi olacaq. Cənubi Koreya bundan əvvəl BƏƏ və Səudiyyə Ərəbistanına “Cheongung – II” zenit-raket kompleksləri tədarük edib.

İstinadlar Report