Cənubi Koreya, ABŞ və Yaponiya strateji bombardmançı “B-1B”nin iştirakı ilə birgə hərbi təlimlər keçiriblər.
Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Manevrlər Koreya yarımadasının cənubunda keçirilib və KXDR-in qitələrarası ballistik raket buraxmasına cavab olub.
Təlimlər zamanı Cənubi Koreya, ABŞ və Yaponiyadan olan döyüş təyyarələrini Amerikanın “B-1B” strateji bombardmançıları müşayiət edib. “B-1B”nin gücünü nümayiş etdirmək üçün hədəfə zərbələr də tətbiq edilib.