Cənubi Koreya və ABŞ-ın hərbi dəniz donanmaları, həmçinin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri birgə təlimlər keçirməyi planlaşdırır.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, dəniz təlimləri ABŞ-ın “Nimitz” adlı nüvə aviadaşıyıcısının iştirakı ilə keçiriləcək.

Qeyd edilib ki, “Nimitz” aviadaşıyıcısı çərşənbə axşamı Cənubi Koreyanın ikinci ən böyük şəhəri olan Pusana çatıb.

İstinadlar Report