
Cənubi Koreya və ABŞ iyun ayında genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır.
Bildirilib ki, tədbirlər proqramı müttəfiqlər arasında həmrəyliyi, onların texnoloji üstünlüyünü və “güc vasitəsilə sülh” prinsipinə sadiqliyini nümayiş etdirmək üçün hazırlanıb:
“Koreya Respublikası və ABŞ hərbçilərinin dünyaya və Şimali Koreyaya müdafiə və müdafiə sənayesi sahəsində nailiyyətlərini göstərə biləcək müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq”.