Cənubi Koreya və ABŞ nümayəndələri Koreya yarımadasının cənubunda Amerika qoşunlarının saxlanılması üzrə illik xərclərin 8,2% artımını nəzərdə tutan razılaşmanı imzalayıblar.

Bu barədə “Ryonxap” agentliyi məlumat yayıb.

Məlumata görə, razılaşma Cənubi Koreya parlamentində təsdiqlənməlidir.

Qeyd edilir ki, razılığa əsasən, Koreya yarımadasında Amerika qoşunlarının saxlanılması xərcləri ildə 1,03 trilyon von (890 milyon dollar) təşkil edəcək.

Agentliyi məlumatlandıran mənbə bildirib ki, rəsmi Seul razılaşmanı 3-5 ilə qədər müddətdə bağlamağı dəstəkləyib. Amma ABŞ administrasiyası təkid edib, müqavilə bir ilə bağlanıb.

Daha əvvəl bildirilib ki, Rəsmi Seul və Vaşinqton ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında fevralın 27-28-də keçirilməsi planlaşdırılan ikinci sammit başa çatdıqdan sonra birgə hərbi manevrlərin keçirilməsi planlarını açıqlamaqla bağlı razılaşıblar.

İstinadlar Report