Pakistan, Hindistan, Nepal və Banqladeşdə muson yağışları nəticəsində meydana gələn daşqınlar zamanı azı 200 nəfər ölüb, yüz minlərlə sakin evini tərk etməli olub.

Iki həftədən artıqdır davam edən leysan yağışları bir çox bölgələrdə daşqın və selə səbəb olub.

Hindistanda təbii fəlakət nəticəsində 120 nəfər ölüb, ölkənin Mumbai şəhərində yaşayış evinin uçması 14 sakinin ölümünə səbəb olub.

Nepalda da daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 80 nəfər ölüb, on minlərlə sakin evsiz qalıb.

Banqladeşdə isə ölkənin üçdə biri su altında qalıb. Təbii fəlakət bölgələrinin bir çoxunda ərzaq təchizatındakı fasilələr vəziyyəti daha da ağırlaşdırır.

İstinadlar Report