Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya yaxınlığındakı Olifantsfontein qəsəbəsində bu səhər işgüzar mərkəzlərin birində kimyəvi qaz partlayışı nəticəsində, təqribən, 50 nəfər yüngül və orta xəsarətlər alıb.

Işgüzar mərkəzdə çalışanlar təxliyyə olunublar.

Hadisə yerinə həkim heyətləri cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Hazırda araşdırma aparılır.

İstinadlar Report