Cənubi Afrikada Pasxa ayinləri yerinə yetirilən zaman kilsə binasının bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər ölüb.

Hadisə cümə gününə keçən gecə ölkənin şərqindəki Kvazulu-Natal əyalətində baş verib.

Vilayətin Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi Robert Makkenzinin sözlərinə görə, çökmə hadisəsinə vilayətin şimalında uzun müddətdir yağan leysan yağışı səbəb ola bilər.

Qeyd olunur ki, hadisə nəticəsində azı 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İstinadlar Report