
Cənubi Afrikanın Kvazulu Natal əyalətində son 7 gündə baş verən çoxsaylı meşə yanğınları nəticəsində azı 14 nəfər ölüb.
Bu barədə Cənubi Afrikanın regional hökuməti məlumat yayıb.
“Ölənlər arasında altı yanğınsöndürən var. Digər bir xilasedici isə ağır vəziyyətdə xəstəxanadadır”, – məlumatda deyilir.