Cənubi Afrikada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı iki dəfə artıb.

Bu barədə Milli Yoluxucu Xəstəliklər İnstitutunun portalında dərc edilmiş hesabatda deyilir.

Ötən sutka ərzində COVID-19-a yeni yoluxanların sayı bir gün əvvəlki (4 373 nəfər – Red) ilə müqayisədə 8 561 nəfər təşkil edib.

Noyabrın 29-da isə bu rəqəm 2 273 olub. Xəstələrin sayında ən böyük artım Qautenq əyalətində müşahidə olunur (6 168 nəfər – Red).

İstinadlar Report