“Cənubi Afrika Respublikasında koronavirusun dördüncü dalğası başlayıb”.

Bunu ölkə Prezidenti Kiril Ramafosa bildirib və bütün vətəndaşları təcili peyvənd olunmağa çağırıb.

Bu gün ölkədə “omikron” ştamının üstün olduğunu qeyd edən dövlət başçısı vətəndaşları maska taxmağa, sosial məsafə gözləməyə, kənar şəxslərlə təmasları minimuma endirməyə də dəvət edib.

İstinadlar Report