Cənubi Afrika Respublikası ölkədə asayişi qorumaq üçün ordudan istifadə etməklə bağlı əməliyyatın vaxtını uzadıb.

Bu barədə Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa milli parlamentə məlumat verib.

Dövlət başçısı qanunun və asayişin qorunması üçün 2023-cü ilin payızında başladılan və bütün ölkə üzrə 2,5 min hərbçinin cəlb olunduğu “Prosper” əməliyyatının təqribən bir il müddətinə – 2025-ci ilin mart ayının sonuna qədər uzadıldığını elan edib. Üstəlik, əməliyyatda iştirak edən hərbçilərin sayının 3,2 min nəfərə çatdırılacağı gözlənilir.

Qeyd edək ki, hərbi bölmələr ölkənin kritik infrastrukturunu, o cümlədən elektrik stansiyalarını qoruyurlar.

İstinadlar Report