Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə problemi üzrə qapalı danışıqlar keçirilir.

Bunu İranın XİN başçısının müavini Kazem Qarib-Abadi bildirib.

Danışıqlar mətbuat üçün qapalıdır. Onların keçirildiyi konkret yer və iştirakçıların səviyyəsi açıqlanmayıb.

Daha əvvəl Qarib-Abadi bildirmişdi ki, İranla Avropa arasında nüvə sazişinin bağlanması məsələsi üzrə yeni məsləhətləşmələr mərhələsi yanvarın 13-də keçiriləcək.

İstinadlar Report