Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə təntənəli buraxılışına həsr olunan mərasim keçirilib.

53-cü buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, liseyin şəxsi heyəti və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, Müdafiə Nazirliyinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət Himnini ifa etdikdən sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov bildirib ki, Ulu Öndərin təməlini qoyduğu bu təhsil ocağında ordunun peşəkar hərbçi ilə təmin olunmasında rolu böyükdür: “Ulu öndər bu liseyi yaradanda böyük sınaqlarla qarşılaşıb. O, müstəqillik illərində hakimiyyətə qədəm qoyduqda ordumuzun inkişafında yeni mərhələ başladı. Müstəqilliyimiz dövründə məzun olmuş 5000 min kursant təhsilini davam etdirib zabit oldu. Onlar dövlətimizin ərazi bütövlüyünün qorunmasında böyük işlər gördülər. Liseyin məzunları Vətən Müharibəsində iştirak etdilər”.

İstinadlar Report