İyunun 1-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.

İspaniyanın paytaxtı Madriddə “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem” və “Liverpul” klubları qarşılaşıb.

Sloveniyalı baş hakim Domir Skominanın idarə etdiyi oyunda hesab erkən açılıb. Matçın 2-ci dəqiqəsində “Liverpul”un futbolçusu Sadio Manenin cərimə meydançasının daxilində ötürməsi “Tottenhem”in müdafiəçisi Musa Sissokonun əlinə dəyib. Hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Məhəmməd Salah fürsəti əldən verməyib – 1:0.

Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissənin qalan dəqiqələrində hesab dəyişməyib və “Liverpul” fasiləyə minimal hesabla üstün yollanıb.

Görüşün ikinci hissəsi də hücumlarla yadda qalıb. Matçın sonlarına yaxın Divok Origi fərqlənib. O, “Liverpul”u önə keçirib – 2:0.

Final matçından sonra qaliblər mükafatlandırılıb.

Beləliklə, “Liverpul” tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. qazanıb. Xatırladaq ki, “Liverpul” qitənin ən nüfuzlu klub turnirinin bundan əvvəl 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə qazanıb.