Hədə-qorxu ilə tələb etmə, dələduzluq və xuliqanlıq ittihamı ilə mühakimə edilən jurnalist Cəmil Məmmədlinin məhkəməsi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 

Hökmə əsasən C.Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Cəmil Məmmədli ibtidai istintaq dövründə azadlıqda olub. O, prokurorun və zərərçəkmişlərin vəsatəti əsasında məhkəmədə həbs edilib.

İstinadlar Qafqazinfo