Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ilkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İstinadlar Report