
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.