
Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini, 2010-ci il təvəllüdlü M.Əmirzadəni avtomobil vurub.
Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.