Cəlilabadda yağış suları qədim dövrə aid olduğu ehtimal edilən məzardan sümük qalıqlarını üzə çıxarıb.

Bu barədə “Report”un Muğan bürosuna yerli tarixçi Elşad Əmənov məlumat verib.

Tarixçinin sözlərinə görə, tapıntılar rayonun Badamağacı kəndində, yolun kənarında aşkarlanıb.

O bildirib ki, əvvəllər bu ərazidə el arasında “Kosa məzarı” deyilən bir məzar olub. Güman etmək olar ki, bu sümüklər elə həmin qəbirə aiddir.

İstinadlar Report