Cəlilabad rayonunda xurma bağlarında məhsul yığımı aparılır.

Bu barədə “Report”un yerli bürosuna fermerlər məlumat verib.

Onların sözlərinə görə, bu il məhsulun satış qiymətindən razıdırlar. Belə ki, xurmanın satış qiyməti kq-ı 50-60 qəpik civarında dəyişir. Ötən il isə bu rəqəm 30-40 qəpiyə bərabər olub.

Fermerlər bildirib ki, bu il həm də məhsuldarlıq yüksəkdir. Ötən il hər hektara orta hesabla 12-13 ton məhsul əldə olunub, cari il isə bu rəqəm 16-17 tona bərabərdir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tədarük olunan meyvə əsasən paytaxt bazarlarına göndərilir.

İstinadlar Report