Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri anılıb.

Rayonun Novruzəli kəndində şəhid əsgər Məmmədov Rəvan İntiqam oğlunun və Çünzəli kəndində şəhid gizir Xankişiyev Mədət Vəkil oğlunun anım mərasimləri keçirilib.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçmiş şəhidlərin xatirəsi yad edilib, onların məzarları ziyarət edilib və onların ruhuna dualar oxunub.

Qeyd edək ki, Rəvan Məmmədov 17 fevral 1998-ci ildə rayonun Novruzəli kəndində anadan olub. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və “Vətən uğrunda” medalı ilə təltif olunub.

İstinadlar Report