Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Əkbər Hüseynlinin doğum günü mərasimi keçirilib. 

Anım mərasimi şəhidin ata ocağında, rayonun Alar kəndində baş tutub. 

Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları və sakinlər iştirak edib.  Qeyd edək ki, Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. H.Əliyev adına 1 nömrəli tam orta məktəbi bitirən Əkbər Hüseynli təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirirdi.

O, təhsilini yarımçıq qoyub könüllü olaraq 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub, Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib. Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək, şəhidlik məqamına yüksəlib.

Evin tək oğul övladı olan şəhidimiz 17 dekabr 2020-ci ildə doğulduğu Alar kəndində torpağa tapşırılıb. 

İstinadlar Report