
Cəlilabad rayonunda bu il üzüm bağları xeyli azaldılıb.
Son illər məhsulun qiymətinin ucuzlaşması fermerlərin bu sahəyə marağını azaldılıb.
Fermerlərin sözlərinə görə, ötən il baş verən dolu hadisəsi də təxminən üzümün məhsuldarlığını 8-10 dəfə azaldıb. Məcbur olaraq bağları ləğv edib, digər bitki növlərini əkiblər.
Fermerlər, həmçinin məhsulun satışında da çətinlik olduğunu qeyd edir. Onlar daha bir səbəbi mineral gübrələrin qiymətinin artması ilə əlaqələndirir.